“Camdakı kız” serialı ilə daha çox sevilən gözəl aktrisa Burcu Biricik kameralara yaxalanıb.
Lent.az-ın xəbərinə görə, o serialdan sonra gözdən uzaq həyat yaşamağa üstünlük verdiyini deyib.
“Hamiləyəm. Bu ayları rahat və gözdən uzaq şəkildə keçirməyə cəhd edirəm. Hər layihəyə razılıq vermirəm. Efirə ən yaxşı hansı şəkildə necə dönə bilərəm, onu düşünürəm”,- deyə aktrisa bildirib.