Azərbaycanlı aparıcı Hüsniyə Məhərrəmova İnstaqram səhifəsində “Eurovison-2021” barədə yazıb:
"Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim. Samirə çox istedadlı ifaçıdır. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım nə də Samirəyə".
Lent.az xəbər verir ki, aparıcı ölkəmiz daha layiqli təmsil oluna bilərdi deyə qeyd edibi:
"Düşünürəm ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi. Ona görə narazı qalan qohum-əqraba, dost-tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşğul olmağı arzu edirəm".
Xatırladaq ki, Hüsniyə Məhərrəmova “Eurovison-2021”də Azərbaycan şərhçilərindən biri idi.