Baş rollarda türkiyəli aktyor Bərk Oktay və həmkarı Seray Kayanın rol aldığı "Bir küçük gün işığı" serialı ilə bağlı qərar verilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, serial 36-cı bölümdə izləyicilərlə vidalaşıb final edəcək.
Məlumata görə, serialın ssenarisinin bitdiyi, durğunluq və reytinqlərdəki eniş səbəbindən finala çıxacağı bildirilib.
Qeyd edək ki, serial "Atv" kanalında yayımlanır.