Müğənni Rəhim Rəhimli Xalq artisti Aygün Kazımova ilə bağlı etiraf edib.
Lent.az-ın məlumatına görə, ifaçı "Özəl" verilişində bu sözləri deyib:
"Verilişimin ilk buraxılışı idi. Demişdim, Aygün Kazımovanı gətirəcəm. Televiziya rəhbəri dedi ki, bacarmayacaqsan. Çünki o vaxt münasibətimiz yox idi. Dedim ki, gedib düşəcəm arxasınca, onu güdəcəm. Hara getsə, 11-in yarısı çıxar. Oturub maşında onu güdüb, gözləyirəm. Gördüm, 11-ə qalıb 8 dəqiqə, o çıxmır. Proqram da 11-də başlayır. Gördüm çıxdılar komandası ilə birlikdə. Üzü televiziyaya doğru gedirlər. Tez maşınla keçdim, onlardan əvvəl kanala çatdım ki, gəlirlər hazırlaşın. Bu, Aygün Kazımovanın kanala ilk gəlişi idi. Söz verdiyi kimi gəldi".