Britni Spirs
15 may 2026 19:59 (UTC +04:00)

Britni Spirs

Britni Spirs restoranda insanları qorxutdu: Əlində bıçaqla it səsi çıxarıb

0

Britni Spirsin ətrafında yenidən böyük bir qalmaqal alovlanıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müğənninin Los-Ancelesdəki restoranların birində şam yeməyi zamanı nümayiş etdirdiyi qəribə davranışlar barədə məlumat yayılıb. Şahidlərin sözlərinə görə, ulduz yüksək səslə qışqırıb, hürüş səsləri çıxarıb, hətta əlindəki bıçaqla müştəriləri qorxudub.

Hadisə mayın 13-ü axşam saatlarında Los-Ancelesin Şerman-Ouks rayonunda yerləşən "Blue Dog Tavern" restoranında baş verib.

Medianın yaydığı məlumata görə, Spirs yanında iki nəfərlə şam edərkən qəfildən emosional davranmağa başlayıb. Ətrafdakılar məkandakı atmosferi "qəribə" və "xaotik" kimi qiymətləndiriblər.

Britney Spears bağırarak ve bıçak taşıyarak Los Angeles'taki bir restorandaki müşterileri korkuttu.

Şahidlərin iddiasına görə, müğənni bir nöqtədə uca səslə danışmağa, arabir hürüş səsləri çıxarmağa başlayıb. Daha sonra isə əlində bıçaqla masaların arasında gəzişməsi müştərilər arasında ciddi narahatlıq yaradıb. Bundan əlavə, Britni restoranın daxilində siqaret çəkməyə cəhd edib. Heyət müdaxilə edərək siqareti söndürməsini xahiş etsə də, o imtina edib. Yalnız Spirsi müşayiət edən şəxslərdən birinin vəziyyətə müdaxilə etməsindən sonra müğənnini sakitləşdirmək mümkün olub.

Hadisə sürətlə yayıldıqdan sonra sənətçinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək vəziyyətin dramatikləşdirildiyini və əksər məlumatların şişirdildiyini bildiriblər.

Komandanın şərhinə görə, ulduz sadəcə qonşulara hürən iti haqqında bir hekayə danışırmış, bıçağı isə yalnız sifariş etdiyi burgeri kəsmək üçün əlində tutubmuş. Həmçinin qeyd olunub ki, media bu yolla növbəti dəfə qalmaqal yaradaraq Britni Spirsin mənfi obrazını formalaşdırmağa çalışır - eynilə 2000-ci illərdə, onun həyatının ən ağır dövründə olduğu kimi.

2025-2026-cı illərdə müğənni dəfələrlə səs-küylü qalmaqalların mərkəzində olub. Ən böyük rezonans doğuran hadisə 2026-cı ilin martında Kaliforniyada sərxosh vəziyyətdə maşın idarə etməsi şübhəsi ilə həbs olunması idi. Bundan sonra o, könüllü olaraq reabilitasiyaya yollanıb və məhkəmə ittihamı daha yüngül cəza ilə əvəzləyib.

Həmçinin onun Instagram-dakı "mənəvi səyahət", yorğunluq və şəxsi problemlərindən bəhs etdiyi emosional paylaşımları da aktiv müzakirə olunub. Bu, ulduzun mütəmadi olaraq baş verən sinir krizlərini izləyən sadiq fanatları arasında onun həyatı üçün ciddi narahatlıq yaradıb.

Bundan əlavə, 2026-cı ildə müğənni öz musiqi kataloqunun hüquqlarını təxminən 200 milyon dollara satması ilə gündəmə gəlib. Bu vəziyyət onun karyerasını bitirməsi ilə bağlı şayiələrə yol açsa da, Spirs sonradan musiqidən tamamilə uzaqlaşmaq fikrində olmadığını bəyan edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar