Dünyaca məşhur aktyor Bred Pitt üzündəki dəyişiklərlə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunla bağlı söz-söhbətlər "TikTok"da bir həkimin onun yaşlanmayan görkəmini şərh etdiyi videodan sonra güclənib.
Bred 2008-ci ildə çəkilən "Benjamin Buttonun maraqlı hikməti" filmində tərs yaşlanan adamı canlandırıb. Pərəstişkarları 60 yaşlı aktyoru real həyatda olan Benjamin Button kimi alqışlayıb, onun tərs yaşlandığını iddia ediblər.
"Instagram" videosunda kosmetoloq və keçmiş NHS həkimi Cohnni Betteridqe qeyd edir ki, Bredin gizli əməliyyat etdirdiyinə dair bir ipucu var və bu əməliyyat 100.000 funt sterlinqdən (təxminən 200 min manat) baha başa gələ bilər.
Aktyorun özü bu söz-söhbətlərə münasibət bildirmir. Lakin London klinikasının təsisçisi olan Conni onun üzünü düzəltməyi təklif edib: “Bu fotoşəkillər arasında üç illik fərq var və üzün orta, aşağı hissələrində dəyişikliklər nəzərə çarpır. Düşünürəm ki, o, bu transformasiya üçün çox yaxşı görünür və yaxşı bir əməliyyatın əla nümunəsidir".