Bir zamanların gözəllik kraliçası dolanmaq üçün çılpaq şəkillərin i satır
18 yanvar 2024 12:33 (UTC +04:00)

Bir zamanların gözəllik kraliçası dolanmaq üçün çılpaq şəkillərini satır

Bir zamanlar “Yeşilçam”da iz qoyan, ən parlaq ulduzlardan biri,  "Miss Leg" , “Ən gözəl ayaqlı qadın” ləqəbi ilə tanınan Serpil Örümcer indi çətin vəziyyətdə yaşayır.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o kommunal xərclərini ödəmək və evinə ərzaq almaq üçün gənclik illərində çəkilmiş fotolarını sosial şəbəkələr vasitəsilə satışa çıxarıb.
İlk dəfə 1967-ci ildə “Milliyyət” qəzetinin təşkil etdiyi gözəllik yarışmasında adından söz etdirən Serpil Örümcer daha sonra "Samanyolu" mahnısı ilə tanınan müğənni Berkantla ailə həyatı qurub. Sonralar ərindən boşanıb kasıblayan, çətin vəziyyətə düşən ulduz hətta bazarda satıcı kimi işləyib.

Yaşı ilə əlaqədar səhhətində də problemlər olan məşhur sənətçi indi köhnə fotolarını 200 lirəyə (12 manata) satmağa başlayıb.

Sosial media hesabında pərəstişkarlarına və dostlarına müraciət edən Örümcer, “Mən 70-ci illərin sənətçisi Serpil Örümcerəm. Bu şəkilləri xeyriyyə məqsədi ilə 200 lirəyə satıram, işıq, su, təbii qaz pulumu ödəmək istəyirəm. Mənə kömək etsəniz, sizə öz imzalı fotoşəkillərimi göndərmək istərdim” deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7284
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar