Bir mahnı  oxudu:  17 cütlüyün həyatı  dəyişdi - VİDEO
15 fevral 2026 16:44 (UTC +04:00)

Bir mahnı oxudu: 17 cütlüyün həyatı dəyişdi - VİDEO

0

Gökhan Türkmənin Sevgililər günü konsertində romantika zirvə nöqtəsinə çatıb. Sənətçi "Aşk" (Sevgi) mahnısını ifa edərkən, tamaşaçılardan 17 nəfər eyni vaxtda sevdiklərinə evlilik təklifi edib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Sevgililər gününü musiqi ilə bəzəyən pop musiqisində sevilən bir ad olan Gökhan Türkmən, İstanbul konsertində tamaşaçılarına unudulmaz bir axşam yaşadıb. Minlərlə musiqisevərin olduğu salonda, sənətçinin romantik repertuarının zirvəsi olan "Aşk" səslənərkən səhnədə fərqli bir həyəcan yaşanıb.

Türkmənin çıxışı zamanı salonun müxtəlif yerlərindən ümumilikdə 17 nəfər üzüklərini çıxararaq sevdiklərinə evlilik təklifi edib. Cütlüklərin diz çökdüyü sürpriz anlar alqışlar və coşğulu reaksiyalarla qarşılanıb. Tədbir tamaşaçılar tərəfindən mobil telefonlarına çəkilib və sosial mediada yayılıb.

Konsert boyu romantik ab-hava heç vaxt azalmayıb. Gökhan Türkmən hitlərini ifa etməyə davam etdikcə, pərəstişkarları da bir ağızdan mahnı oxuyublar. Xüsusilə Sevgililər günü üçün musiqi və emosional anlar birlikdə yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar