Bir il əvvəl  ayrılmışdılar:   Yenidən  sevgi romanı   başladı
24 fevral 2025 09:48 (UTC +04:00)

Bir il əvvəl ayrılmışdılar: Yenidən sevgi romanı başladı

İrina Şeyk və Tom Bredi ayrıldıqdan bir il sonra yenidən romantikalarını alovlandırıblar.

Lent.az bildirir ki, bu barədə “Page Six” mənbəyə istinadən xəbər verir.

"Tom və İrina yenidən görüşməyə başlayıblar və bu dəfə nə olacağını görmək istəyirlər", - məlumatda vurğulanır.

ABŞ-ın Milli futbol liqasının ulduzu və rus modeli qısa müddətli romantikadan sonra 2023-cü ilin oktyabrında ayrıldıqlarını elan ediblər.

İkinci mənbə qeyd edib ki, Bredi və Şeyk Yeni il tətili üçün səyahət etməyi planlaşdırırdılar. "Onlar telefonla danışırdılar" insayder deyib. “Hazırda ikisinin də ciddi münasibəti yoxdur, bəs niyə səfərə çıxmasınlar?”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar