Amerikalı məşhur müğənni Beyons bu gün Dubayda "Atlantis The Royal" otel kompleksinin açılışında çıxış edəcək.
Lent.az xəbər verir ki, o, eksklüziv çıxışı üçün 24 milyon dollar məbləğində qonorar alacaq.
Tədbirin başlamasına saatlar qalıb və ulduz isə artıq tədbirin hazırlıqlarına başlayıb. İnsanlar mahnıları villalarından dinləyəcəklər.
Xatırladaq ki, bu, Beyonsun 2018-ci ildən bəri çıxış edəcəyi ilk solo konserti olacaq.