Türkiyəli məşhur aktyorlar Kıvanc Tatlıtuğla Beren Saat “Aşkı memnu” serialından sonra “İstanbul için son çağrı” filmində yenidən bir araya gələrək, sevgili rolunda oynayıblar.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, jurnalistlərin sevişmə səhnəsinə dair suallarını cavablandıran Beren bunun onun üçün qeyri-adi bir şey olmadığını deyib.
“Sevişmə səhnəsinin bizim üçün rəqs səhnəsindən bir fərqi yox idi. Bu səhnələr çəkilərkən nə həyəcanlanırdıq, nə utanırdıq, nə də duyğulanırdıq. Bu sadəcə roldur və biz peşəkarıq. Bədənlərimizin təması bizi narahat eləmədi”,- deyib.
Beren Saatin çəkildiyi və internet üzərindən yayımlanan son film 13 ölkədə ən çox izlənən film olub.