Əməkdar artist Bəhram Bağırzadə "Instagram" hesabında üzləşdiyi maraqlı hadisə barədə paylaşım edib.
Lent.az xəbər verir ki, aktyor liftdə çəkiliş edərək, ənənələrin itməsindən gileylənib,"salam" verdiyi kişinin nəinki salamını almadığını, üstəlik ona əsəbiləşdiyini deyib:
"Rəhmətlik atam mənə deyərdi ki, səhər ilk gördüyünüz adamla salamlaşın və çalışın böyüklərə birinci siz "salam" verin. Atam öyrədərdi ki, böyüklərə əl uzatmayın, gözləyin, əgər ağsaqqal sizə əl uzadırsa, onda siz də əl uzadın. Bu gün səhər liftə daxil oldum. Liftdə təxminən 60 yaşlı qonşu kişi var idi. Ona "salam" verdim. Kişi məni altdan yuxarı süzüb, soyuq şəkildə soruşdu: “Mənimləsən?” .
Cavab verdim ki, xeyr, üzr istəyirəm".