Xalq artisti Flora Kərimova
09 iyul 2021 13:17 (UTC +04:00)

Xalq artisti Flora Kərimova

"Balamı itirdim" - Flora Kərimovaya ÜZÜCÜ XƏBƏR - VİDEO

Xalq artisti Flora Kərimovaya ağır itki üz verib.

Lent.az xəbər verir ki, müğənninin qızı Zümrüdün hamiləliyi yarımçıq sonlanıb. İfaçı bu barədə “Xəbər ətər” verilişində də danışıb:

“Doğrudan xoşbəxt idim. O qədər xoşbəxtliyimi dilə gətirdim, öyündüm, sevindim, mən balamı itirdim. Nəvəmi, Floruçkanı itirdim. Ondan sonra başa düşdüm ki, insanların bəziləri elədir ki, onlara ürək açıb sevinmək çox ağır gəlir. Mən gərək qızımın ana olmağa hazırlaşdığını deməzdim. Mənim balam orda əziyyət çəkdi. Qızımın ailəsi gözəldir. Ancaq qanadım sındı.

Qızım mənimlə danışanda optimist olur, amma qayınanası deyir ki, səninlə danışandan sonra xısın-xısın ağlayır. Balamın balası yoxdur, balam da əziyyət çəkir. Xoşbəxt olan zaman deməyin, susun. İndi mənim bu xəbərimə sevinənlər də olacaq. Bunu indi niyə dedim? Çünki bir neçə ay sonra soruşacaqlar ki, nəvəniz oldu? Bir neçə ay sonra bu zərbəni yaşamamaq üçün açıqlama verdim”.  

Xatırladaq ki, F.Kərimova nənə olacağı barədə fevral ayında açıqlama vermişdi: "Qızım gözləyir, ayları, saatları gözləyir. Düşünürəm ki, necə olacaq? Qəşəngdir, yoxsa yox. Xasiyyəti mənə oxşasa batdıq".

Qeyd edək ki, Zümrüd ikinci dəfə ailə qurub. O, Londonda yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112242
avatar

Yalçın UĞUR

Oxşar yazılar