Azərbaycanlı rəqqasə ölkəni tərk etmək istəyir -  SƏBƏB
12 yanvar 2022 15:05 (UTC +04:00)

Azərbaycanlı rəqqasə ölkəni tərk etmək istəyir - SƏBƏB

Rəqqasə Rəna Ağamuradova (Renka) sevgilisindən ayrılıb.

Lent.az-ın məlumatına görə, rəqqasə bu barədə "Deməsəm olmaz” verilişində bildirib:

"Depressiyadayam, hələ çıxa bilmirəm. Heç nə istəmirəm... Nə çəkilişə getmək, nə də iş görmək istəyirəm. Ürəkağrısıdır... Ayrılası olduq, belə alındı.

Bir ildir münasibətdə idik. Mənim işimlə alınmır. Hər zamankı kimi, işimlə əlaqədar şəxsi həyatım alınmır. Nə vaxt karyerama son qoysam, o zaman şəxsi həyatım alınar. Qısqanclıq səbəb oldu. Ayrılmanı ilk o istədi. Gəlib-getmələr çətin idi. Burada yaşamağım və işə çox vaxt ayırmağım ayrılığa gətirdi.

Depressiyadan çıxmaq üçün ölkədən getməyi düşünürəm. Görürəm ki, belə yaşamaq mümkün deyil. Həkimlərə müraciət edəcəm. Çox pis durumdayam".

# 4038
avatar

Yalçın UĞUR

Oxşar yazılar