Azərbaycanlı müğənni Beyonsun konsertində
05 iyun 2023 14:26 (UTC +04:00)

Azərbaycanlı müğənni Beyonsun konsertində

Azərbaycanlı müğənni, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyada dünya şöhrətli müğənni Beyonsun konsertində iştirak edib.

Lent.az-ın xəbərinə görə, müğənni Beyonsun“The Tottenham” stadionunda verdiyi konsertdə olub.

O, şəkillər paylaşaraq “Londonda “Renessans” dünya turu. Beyonse unudulmaz idi! Siz möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm! Mən sizi sevirəm” şərhini yazıb.

Qeyd edək ki, Emiliya Yaqubova “Səs Azərbaycan” müsabiqəsinin qalibidir.

# 2238
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar