Azərbaycanlı müğənni aktrisa ilə... -  VİDEO
30 sentyabr 2021 15:10 (UTC +04:00)

Azərbaycanlı müğənni aktrisa ilə... - VİDEO

Müğənni Elvin Abdullayev "Ağ göyərçin" adlı yeni mahnısını təqdim edib.

Lent.az xəbər verir ki, bəstənin sözləri Arzu Yahyayeva, musiqisi Eyyub Yahyayevə məxsusdur.

Elvin yeni mahnısı üçün obyektiv qarşısına keçərək fotosessiya da etdirib. O, aktrisa Aidə Cəbiyeva ilə şəkillər çəkdirib. Fotoların müəllifi isə Niko Abbasovdur.

Elvin bildirib ki, mahnı üçün klip də çəkdirib. Ekran işi yaxın günlərdə yayımlanacaq:
"Son vaxtlar daha çox lirik mahnılar oxuyurdum. Bu dəfə ritmik bir bəstəyə üstünlük verdim. Mahnımı yeni ailə quran qızlarımıza həsr etmişəm".

# 9756
avatar

Yalçın UĞUR

Oxşar yazılar