Ərinə xəyanət qalmaqalı ilə gündəmə gələn azərbaycanlı bloqer qəzaya düşüb.
Lent.az xəbər verir ki, bloqer Günay Mehdiyeva bu barədə "instagram" hesabında paylaşım edib.
O, "Nissan" markalı avtomobili ilə qəza törədib. Bloqer qəza nəticəsində yüngül bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.
Qeyd edək ki, bloqer bir müddət əvvəl ərinə xəyanət qalmaqalı ilə gündəmə gəlmişdi. Bundan sonra bloqer ərinin onu görüntüləri ilə şantaj etdiyini iddia edirdi.