Üçüncü dəfə evlənən aparıcı Azər Zahid xanımı İlahə ilə şəklini sosial şəbəkədə paylaşıb.
Lent.az xəbər verir ki, aparıcı paaylaşımına öz düşüncələrini qeyd edib:
"Həyatım o qədər gözəldir ki, hər kəsə gözəl gün arzu edirəm .Ailə gözəl şeydir . Ailədə ən vacib bilirsiz nədir? Sevgi. O sevgini tapmaq özü qismətdir. Mənim qismətimə yazılan talenin bu qədər xoşbəxt olması o deməkdir ki, Allah hər şeyi zamanla, vaxtında, vədəsində yetirdi. Hər kəsə xoşbəxt dəqiqə və gün arzu edirəm".
Qeyd edək ki, A.Zahid üçüncü dəfə ailə həyatı qurub. O birinci dəfə aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var. Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan Azər İlahə adlı xanımla ailə qurub. Bu evlilikdən də Aycan adlı bir qızı var.