Türkiyənin tanınmış modeli və aparıcısı Çağla Şıkel maraqlı açıqlamalar verib.
Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, xəyanət barədə ona ünvanlanan suala özünəməxsus cavab verib:
“Xəyanətə uğradığımı görsəm, “mən burada bir dəqiqə dayanmaram, gedərəm” demirəm. O adamı orada buraxmağı seçərəm. Hiss etsəm ki, aldadılıram, xəyanətə üzləşirəm. Bu düşüncəyə sahib olmaq asan olmadı. Bu, özünü əksilmiş, pis, çirkin, və ya yarımçıq hiss etməyə səbəb olacaq önəmli bir şey deyil. Elə buraxaram ki, o adamı, inana bilməzsiniz”.
43 yaşlı model “Marka çanta sevirsiniz” sualına belə aydınlıq gətirib:
“Heç də yox. Artıq şüurlu şəkildə qərar verib alış-veriş edirəm. Marka vacibliliyim yoxdur. Məsələn, bir çantanı aldım, çox pul xərclədim, çox həyəcanlıyam. Birinci gün istifadə etdim, qızlara göstərdim. İkinci, üçüncü gün bəs? O, hər hansı bir çantalarımdan biri olur. Özümə “bunu həyatımın sonuna qədər istifadə edəcəyəm?”, - deyə, sual verirəm. Ona görə geyim trendləri ilə bağlı heç bir şey almıram.
O pulu heç vaxt vermərəm. Mən pulu çətin qazanıram, çox çətindir. Köpək kimi çalışıram, həqiqətən, köpək kimi işləyirəm. O çanta mənim alnımdan tökdüyüm tərə dəymir”.
Qeyd edək ki, 1997-ci ildə "Miss Turkey" Gözəllik Yarışmasının qalibi Çağla Şıkel Azərbaycan əsillidir.