Şoumen və müğənni Sərxan Kərəmoğlu televiziya proqramlarının birində maraqlı açıqlam verib.
Lent.az-ın xəbərinə görə, o, toya gedən müğənnilərdən danışarkən deyib:
“Bu gün toya 10 minə gedən kimdir ki? Röya Ayxan və Aygün Kazımovanın adını eşitmişəm. Onlar da çox vaxt 10 minə yox, 8 min manata gedirlər.
Röya və Aygün kimi eyni ulduzları Türkiyədə və Rusiyada götürün, görüm, 250 min dollardan aşağı toya gətirə bilərsiniz? 10 min pul nədir? Xaricilərdən 10 dəfə yaxşıyıq, amma 50 dəfə az qazanırıq”.