Əməkdar artist Aybəniz Haşımova səhhətində yaranmış problemdən bəhs edib.
Lent. az xəbər verir ki, o, sosial şəbəkə hesabında Milli Onkologiya Mərkəzinə getdiyini yazıb.
“Ötən gün səhhətimdə ciddi problem yaranmışdı. Bu məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Dedilər ki, səhhətində heç bir problem yoxdur.
Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm” .