Xalq artisti Arif Babayevin səhhəti yenidən pisləşib.
Lent.az-ın məlumatına görə, 83 yaşlı xanəndə səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyə müalicə olunurdu.