Əməkdar artist Dilarə Əliyeva
29 oktyabr 2021 14:09 (UTC +04:00)

Əməkdar artist Dilarə Əliyeva

“ARB TV”dən işdən çıxdığı deyilən Dilarə Əliyevadan AÇIQLAMA

Əməkdar artist Dilarə Əliyeva “ARB TV”dən işdən çıxması ilə bağlı xəbərlərə münasibət bildirib.

Lent.az-a açıqlama verən D.Əliyeva bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

“Yazılanlar şayiədən başqa bir şey deyil. Dərc olunan xəbərlər əsassızdır. “Söhbət var” verilişi hər zaman olduğu kimi öz vaxtında, şənbə günü 20:30-da “ARB TV”də yayımlanacaq”.  

Qeyd edək ki, mətbuatda D.Əliyevanın “ARB TV”dən ayrılaraq “XƏZƏR TV”də fəaliyyətə başladığı yazılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6843
avatar

Yalçın UĞUR

Oxşar yazılar