Aparıcı ilə ailə quran icra başçısından qonaqlara qadağa
29 fevral 2024 18:18 (UTC +04:00)

Aparıcı ilə ailə quran icra başçısından qonaqlara qadağa

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub.

Lent.az "Axşam.az"a istinadən xəbər verir ki, şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Məclisdən qonaqlar fotolar videolar paylaşıblar. Amma gəlin və bəylə foto çəkdirən olmayıb. Belə ki, toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb. Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onun bu nikahdan dörd övladı var. Cütlük iki il əvvəl boşanıb.

Alidə Mustafayeva ATV, ANS TV və İTV-də çalışıb. Hazırda isə “AzTV”də aparıcıdır, eyni zamanda “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8205
avatar

Oxşar yazılar