Ancelina Colidən Bred Pittin yeni sevgilisinə sərt qadağa
27 fevral 2024 13:48 (UTC +04:00)

Ancelina Colidən Bred Pittin yeni sevgilisinə sərt qadağa

Ancelina Coli Bred Pittin yeni sevgilisinə uşaqları ilə əlaqə saxlamağı qadağan edib.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Bred Pittlə İnes de Ramon arasında münasibətlər daha da möhkəmlənərkən, Ancelina İnesə uşaqlarından uzaq durmaq barədə xəbərdarlıq edib.

Aktrisanın övladlarının 31 yaşlı İneslə vaxt keçirməsinə icazə vermədiyini qeyd edən mənbə, “Ancelina hələ də Bredi çox idarə edir. Şübhə yoxdur ki, İnes uşaqlarla tanış olmaq istəyir, lakin o bilir ki, onları Ancelinadan icazə almadan görmək üçün əlindən gələni etməlidir".

2016-cı ilin dekabrında Ancelina azyaşlı uşaqlarının tam qəyyumluğunu, Bred Pitt isə ziyarət hüququ alıb. Sonrakı illərdə aktyorun övladları ilə münasibəti qəlizləşib.

Ancelina ilə Bredin 6 uşağı var. Onlardan üçü götürülmə, üçü isə doğmadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4497

Oxşar yazılar