Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə ona yazılan rəylərdən söz açıb.
Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni “Söz baz” verilişində deyib ki, izləyiciləri ona dualar edir:
“Bəzi insanlar mənə yazır ki, “Allah buna ağıl versin”. Mən sevinirəm ki, onlar mənə dua edir, alqış edir. Bunu xoş qəbul edirəm. Özlərinə deməkdən ki, Allah mənə ağıl ver, amma mənə deyirlər. Mənim üçün gecə-gündüz dua edirlər. Bilirsiniz bu necə böyük var-dövlətdir? Onlar gün keçdikcə ağılsız olur, mənsə ağıllanıram”.