Dünya şöhrətli fransız aktyor Alen Delonun oğlu Antoni bacısı Anuşkanı atalarının səhhəti ilə bağlı həqiqəti gizlətməkdə ittiham edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o deyib ki, bacısı ona və qardaşına 2019-2022-ci illər arasında atalarının İsveçrədəki klinikalardan birində 5 psixi testdən keçə bilməməsi barədə məlumat verməyib.
Entoni Delon əmindir ki, bu məlumatı gizlətmək Alen Delonun psixi xəstə olması barədə xəbərlərin yayılmasına səbəb olub.