Aktrisa Ceyn Seymur yaşa dolduqca seksin hansı anlam daşıması barədə danışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 72 yaşlı ulduz partnyoru Con Zambetti ilə həyatının ən yaxşı seksindən həzz aldığını bildirib:
“İndi seks yadımda qalan hər şeydən daha yaxşı və daha ehtiraslıdır, çünki o, inam, sevgi və təcrübə üzərində qurulub. İndi mən özümü və bədənimi tanıyıram, Conun da öz təcrübəsi var - bu, gəncliyindəki kimi deyil".
Seymur qeyd edib ki, gənclikdə insanlar tez-tez cinsi əlaqədən sonra görüşürlər.
"Yaşlandıqca, cinsi əlaqə bir o qədər emosional yaxınlıq tələb edir, həyatda oxşar uğursuzluqlar və uğurlar, paylaşılan hisslər, sevinclər, kədərlər, ümumi hobbilər, ehtiraslar bizi dah sıx bağlayır”, - o bildirib.