Məşhur müğənni Ajda Pekkandan bu dəfə qorxulu xəbər gəlib, onun əməliyyat olunduğu açıqlanıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni yaydan bəri çiyin ağrıları yaşadığını açıqlayıb. Gərgin konsert proqramından fürsət tapan sağ çiynindən əməliyyat olunub.
3 gün əvvəl İstanbulda özəl xəstəxanada əməliyyat olunan müğənni evə buraxılıb, sənətçi 3 həftə fiziki müalicə kursu keçəcək. Daha əvvəl ombasını sındıran Pekkanın çiynində əzələ yırtığı yaranıbmış.
Sənətçi eyni çiynindən öncə bir dəfə də əməliyyat keçirib. Evində dincələn Ajda Pekkan vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib.