“Ətlə dırnağın arasına girib anamla aramı vurdular. Amma həyat bumeranqdır. Yaşatdığını yaşamadan ölmür insan. Hamının balası var, etdiyi pislik də öz qabağına çıxmasa da, balasının qarşısına çıxar. Mən anamla pis deyildim. Bizi pis elədilər. Anamı mənə qarşı qaldıran qüvvələr oldu”.
Bu sözləri ailəsi ilə küsülü olan aktrisaSonaxanım Əliyeva Lent.az-a açıqlamada deyib.
Aktrisa qeyd edib ki, keçmişdə olanları unudub gələcəyə baxmaq, öz balasına sevgi dolu bir ömür vermək istəyir.
"45 il anamın dizinin dibində oturmuşam. Ailə qurandan sonra da biz birlikdə yaşamışıq. Aramıza girənlər girdi. Anam evini mənə bağışlamışdı.
Qardaşım evi əlimdən aldı. O vaxt onun özünün iki evi var idi, oldu 3 ev. Nə edək, qoy olsun. Təki gözləri doysun. Paxıl deyiləm. Bəzən doğmalar insanın yüksəlişini götürə bilmirlər, paxıllıq imkan vermir. Yadların paxıllığı doğmalarınkı qədər acıtmır insanın canını. Doğmaların sənin zəif yerini bilirlər. Ağrıdan yerindən vururlar. Mənim zəif nöqtəm anam idi”, - o bildirib.
“Deyirlər bəzən ki, ailə məsələləri ilə gündəmə gəlirsən. Məni ailə məsələmlə gündəmdən salmağa çalışdılar. Çünki seriallardakı rollarım uğurlu alınmışdı, tnınmışdım, sevilmişdim.
"Pərvanələrin rəqsi"ndə məşhurlaşdım. "Vicdan haqqı"ndakı obrazım isə partlayış oldu. Uğurlarımı həzm edə bilmədilər. Yəqin axır zamandır. Doğmalar mal-mülk üstündə bir-birlərindən ayrı düşürlər, mərhəmət etmirlər.
Allah ağlımı almaqdansa, canımı alsın. Özümə bir bunu arzu edirəm. Məni çox incitdilər. Amma unutmuşam gedib. İrəli baxmalıyam. Arxaya baxaraq qabağa getmək olmaz. Güclü olmalıyam. İşimlə-gücümlə irəli getməliyəm, balamın xoşbəxtliyi naminə. Yoxsa, gərək qəbrimi qazıb uzanam içinə”, - aktrisa vurğulayıb.
Qeyd edək ki, aktrisanın anası vəfat edəndə bu barədə ona xəbər verilməyib və o anasının dəfnində iştirak edə bilməyib. Ana evinə yasa getmədiyinə görə öz evində ehsan verib. Bu hadisəyə qədər Sonaxanım Vəliyevanın adı anası və qardaşı ilə mülk davalarında hallanmışdı.