Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil. Bu barədə Lent.az-a meyxanaçının oğlu deyib:
“Atam yataq vəziyyətindədir. Kimsə danışdırmasa danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.