Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə Türkiyədə əməliyyat olunub.
Lent.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə bildirib:
"Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir".