Adamın başı xarabdırsa proqrama niyə çağırırsınız?
17 iyun 2022 11:20 (UTC +04:00)

Adamın başı xarabdırsa proqrama niyə çağırırsınız?

İllər öncə həbsxanaya komissiya gəlir. Məhbusların saxlanma şəraiti ilə tanış olmağa. Soruşurlar ki, siz  məhbuslara dövlət kanalını izləməyə şərait yaradırsınız?

Lent.az oxuculara bu hadisəni xatırladır. Rəhbərlik cavab verir ki, nəinki şərait yaradırıq,  dövlət kanalını izləməyə məcburdurlar. İndi dövlət kanalı öz mədəni proqramları ilə göz oxşayır. Reytinq dalınca qaçan bəzi özəl  kanallarda isə xalqa cəza tədbiri kimi təqdim olunan bir neçə proqram var. Efirində ağlaşma, qiyamət və ya toyxana.

2 gün öncə təsadüfən gözümə sataşdı. Röyaya canlı yayımda ad günü edirlər. Aparıcı  ”ona aldığı 1000 ədəd qızılgülə 5000 manat, xüsusi hazırlanmış geyimə 4000 manat verdiyini bir neçə dəfə gözə soxa-soxa dilə gətirdi. Axı niyə də niyə? Niyə izləyici bunu görmək məcburiyyətindədir. Hər kəsə məlumdur ki, hədiyyə verilədə onun qiymətini bəlli etməzlər. Məsələ, ümumiyyətlə, hədiyyənin bahalığında, ucuzluğunda deyil, onu  dəyər verərək təqdim etməkdə, göstərilən diqqətdədir. Belə-belə proqramlara baxıb, bunu doğru kimi qəbul edən gənc oğlanlar qızlara aldıqları bir şüşə ətri gündə onun başına qaxacaqlar, qızlar da ümumiyyətlə deyəcəklər ki,  camaat 5000 manatlıq gül alır, neynirəm sənin 5 manatlıq kitab hədiyyəni. Biri proqramına çağırdıqlarının ağzını əyir, lağ edir. Xoşuna gəlməyəndə az qala döyüb yola salır. Bir başqası pullu efirinə çağırdığı sənətçini lağ obyektinə çevirir, üstünə başına qarışır. Ən özəl sualları ən uyğunsuz şəkildə rahatlıqla verir.  Adamın başı xarabdırsa proqrama niyə çağırırsınız, proqrama çağırmızsınısa niyə təhqir edirsiniz? Gələn qonağın geyiminə hansısa qadağalar qoyulur, bəs  aparıcılara etiket, danışıq mədəniyyəti barədə niyə irad bildirilmir?

Yazının əvvəlində o baməzə əhvalatı nahaq yada salmadıq. Bu xalq bu kimi proqramlara niyə məhkumdur? Hansı günahın cəzasını çəkir?

# 3012
avatar

Oxşar yazılar