Bir neçə gün öncə şoumen Mehmet Ali Erbil Acun Ilıcalının müxbirlikdən sürətlə media maqnatlığına yüksəlməsi barədə danışaraq, onu "çirkli pulların yuyulması" əməliyyatında ittiham edib.
50 il televiziya ulduzu olduğunu, buna baxmayaraq onun kimi böyük var-dövlət qazanmadığını söyləyən Erbil, "Acun bir zamanlar məndən bir müsahibə almaq üçün saatlarla qapımın önündə yatırdı" ifadəsini işlədib.
Lent.az-ın xəbərinə görə, Acun Ilıcalı öz kanalında yayımlanan proqramlardan birində Erbilə cavab verib.
"Mehmet Ali Ərbilin sözlərinə sadəcə gülürəm . Onun bizim kanalda veriliş aparmasına icazə vermədiyim üçün quyruq acısı qalıb, intiqam almağa çalışır",- deyə o bildirib.
"Erbil bu qədər ağılsızdır ki, proqram aparıcısı ilə prodüserin, istehsalçının eyni qədər pul qazanmayacağını bilmir? Məni Adnan Hoca ilə, Fətullah Gülenlə iş birliyində ittiham edənlər gördüyüm işləri də nəzərdən keçirsinlər. Pulu əsasən primetime ( xaricdən satın alınmış orijinal layihələr) proqramlardan qazanmışam. 90 milyon qazanıb, bunun 70 milyonunu TV8-i almağa sərf etmişəm”,- deyə o qeyd edib.