"TV8"in rəhbəri, məşhur türkiyəli aparıcı Acun Ilıcalı qatıldığı "YouTube" proqramında ilk dəfə Adnan Oktarla bağlı açıqlamalar verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aparıcı onun haqqında səslənən iddialara cavab verərək, bir müddət Adnan Oktarın şagirdi olduğunu etiraf edib
Acun Ilıcalı 35 il əvvəl Adnan Oktarın yanına getdiyini, lakin sonradan təşkilat üzvləri ilə heç bir əlaqəsinin olmadığını bildirib. Adnan Oktar və komandası ilə Anıtkabirdə çəkilən foto xeyli əvvəl paylaşılıb və çoxlarını təəccübləndirib.
Ilıcalı “Adnan Oktarın şagirdi idiniz?” sualına belə cavab verib: “19-20 yaşımda valideynlərimin yenicə vəfat etdiyi vaxtda özümə mənəvi yaxın hesab etdiyim dostlarımla görüşdüm. Bilirsən neçə ildir? Düz 35 il əvvəl. Adnan Oktarı 35 ildir görmürəm, heç biri ilə də əlaqəm olmayıb. Onsuz da özlərini gizlədən insanlar deyildilər. Onsuz da “Biz Adnan Hocacınıq” deyib dolaşırdılar. O zaman şəkil çəkilib deyə indi nə edə bilərəm? Mən onu 35 il ərzində nə görmüşəm, nə də təmasda olmuşam".