Tanınmış prodüser Acun Ilıcalı sevgilisi Ayça Altunkaya ilə birlikdə İstanbulun Bebek istqamətində istirahət edərkən kameralara yaxalanıb.
Lent.az-ın xəbərinə görə, o jurnalsitlərə çox gərgin iş rejimi səbəbilə Türkiyə, İngiltərə və Domenikan Respublikası arasında sıx - sıx səfərlər etdiyini, sevgilisni görmək üçün 3 günlük İstanbula gəldiyini bildirib.
Acun Ilıcalı Ayça Altunkaya ilə birlikdə ətrafına yığışmış insanlarla şəkil çəkdirib.
Qeyd edək ki, dünən Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşı misirli milyonçuyla təmtəraqlı şəkildə evlənib. Sosial şəbəkələrdə Acunun öz sevgilisiylə birgə görüntülənməsini Şeymanın toyu ilə əlaqələndirənlər, Acunun keçmiş arvadının acığına yeni sevgilisi ilə görüntüləndiyini deyənlər var.