Türkiyəli aktyor Kənan İmirzalıoğlu aclığa dözmədiyini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Leventdə bərbərdən çıxarkən kameralara tuş gələn aktyor idman geyim tərzi ilə diqqət çəkib.
Mindiyi maşının pəncərəsindən jurnalistlərin suallarını cavablandıran yaraşıqlı aktyor "Çox acam, burax gedim. Ac vəziyyətimi bilirsən. Əsəbləşirəm" deyərək gülüb.