Abbasın ikinci evliliyindən olan övladı - FOTO
29 sentyabr 2021 10:33 (UTC +04:00)

Abbasın ikinci evliliyindən olan övladı - FOTO

Əməkdar artist Abbas Bağırov oğlu Muradın fotosunu sosial şəbəkədə paylaşıb.

Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, bu gün oğlunun 3 yaşı tamam olur: 

"Bu gün mənim həyatımın gözəl tərəfə dəyişməsindən 3 il ötür. Bu gün mənim ürəyim, igid oğlum Muradın doğum günüdür. Allah səni bəd nəzərdən, xəta bəladan qorusun. Vətəninə, ailənə layiqli övlad olmağını ürəkdən arzu edirəm. Doğum günün mübarək, əziz oğlum. Allah bütün övladları qorusun".

Qeyd edək ki, A.Bağırovun ilk nikahdan bir qız, ikinci evliliyindən isə 2 oğul övladı var.

Əməkdar artist Abbas Bağırov oğlu ilə

# 4287
avatar

Yalçın UĞUR

Oxşar yazılar