Müğənni Xuraman Şuşalının övladları ölümdən dönüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə prodüser Tarix Əliyevin paylaşımının rəy yerinə yazıb:
"Mən yerdə sürünə-sürünə bu vəziyyətdə idim. Elə bil şaqlar üstümdən məni tapdalaya-tapdalaya keçirdi. Tolik, iki uşağımı güclə pəncərədən tutdum. Şükür, Allah qorudu. Saniyə söhbəti oldu. İkisi də birdən düşürdü. Mən artıq dözə bilmirəm".
Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var.