Yumorist və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçovadan boşanması iddialarına münasibət bildirib.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aparıcı müsahibəsində “Mənlik heç nə yoxdur. Belə bir şey olmayıb və yoxdur”, - deyib.
Qeyd edək ki, bundan əvvəl bir neçə mətbuat orqanında Puqaçovanın ərini tərk etdiyi, Qalkinin isə xanımına qarşı soyuq və laqeyd münasibət göstərdiyi yazılmışdı.
Alla Puqaçova ilə Maksim Qalkin 2011-ci ildə ailə qurub. Cütlüyün Liza və Harri adlı əkiz övladı var. Bu, teleaparıcının ilk, müğənninin isə beşinci evliliyidir.