Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül ermənilərin Gəncədə törətdiyi terrora münasibət bildirib.
Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında düşməni qınayıb:
"Bu uşaqlara yazıqdır. Gəncədə sivil insanlara edilən bu hücumu qınayıram. Azərbaycanın yanındayam”.
Qeyd edək ki, oktyabrın 11-də ermənilərin Gəncədə törətdiyi terror nəticəsində 10 nəfər dünyasını dəyişib.