Şəbnəm müğənnilərin adını çəkib ƏSƏBİLƏŞDİ: "Siz kimsiz axı?" - VİDEO
14 may 2020 10:35 (UTC +04:00)

Şəbnəm müğənnilərin adını çəkib ƏSƏBİLƏŞDİ: "Siz kimsiz axı?" - VİDEO

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) qalmaqallı açıqlamalar verib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı həmkarlarına iradlar bildirib:

“Bunlar bayağı nəyə deyirlər. Bayağı mahnı yoxdur, bayağı ifaçı var. Mən heç bir zaman özümü bayağı müğənni saymamışam. Çünki hər janrda oxumağı bacarıram. Pop, estrada, muğam da oxuyuram. Xanəndəliyi, vokalı bitirmişəm. Bizim Könül Kərimova, Nazənin, Nazpəri Dostəliyeva, Könül Xasıyeva, Bahar Lətifqızımız var. Yəni bunlar bayağıdır? Bayağı mahnılar var. Bəzən sözləri yazırlar, musiqiyə oturmur. Mən heç elə bəstələri oxumuram. Onu yalnız yeni çıxan bəzi müğənnilər oxuyur. Onlara bayağı demək olar. Amma bizə olmaz. Yaxşı ifaçı ona deyərəm ki, hər janrda oxusun.

Müğənnilərin bəziləri öz aləmlərində həmkarlarını kateqoriyaya bölürlər. Bəs niyə görə el şənliyində bizimlə bir stolda oturur? Pula gəlmisən, ona görə oturmusan? Özlərini kateqoriyaya bölən müğənnilər Moskvada toyda bir mahnı oxuyub, yerində otuzdurublar ki, indi Şəbnəm xanım gəlib oxusun. O özlərini bizlərdən ayrı sayanlar baxsınlar ki, adlarını sadaladıqlarım sizlərdən də pulludurlar, sizlərdən də yaxşı şəraitdə yaşayırlar və sizin kimi də banklarla borcları yoxdur, kirayə də qalmırlar.

Öz evləri yoxdur, 4 minə kirayə qalırlar. Bizim də kirayə qalan zamanlarımız olub. Amma dillərini saxlasınlar. Deyirlər ki, bizim oxuduğumuz toyda filan müğənnilər ola bilməz. Niyə? Hamısı ilə el şənliklərində olmuşam. Sadəcə, etiraf etmək istəmirlər. Mən heç onlarla şəkil belə çəkdirmək istəmirəm. Axı sən kimsən ki? Özünü yuxarıdan aparan insanın yanında mən də özümü beş pillə yuxarıdan aparıram”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 73468
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07