Rəqqasə Oksana Rəsulova karantini necə keçirməsindən danışıb.
Lent.az-ın məlumatına görə, rəqqasə “Gəl, qonaq ol!” verilişində bildirib ki, Bakıya qayıda bilmir:
“Koronovirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Ata yurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam. Ana olmağa hazırlaşdığım vaxt Şabrana gəlib, burada uzun müddət qalmışdım.
Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, ev yığışdırıram. Bir sözlə, rayon qızı olmuşam”.