Müğənni Roza Zərgərli karantin zamanı yaradıcılığında bir çox yeniliklər edib.
Lent.az xəbər verir ki, ifaçı evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini vurğulayıb. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq:
"Çalışacağıq ki, 20 günə duet təqdim olunsun. Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır. Seviləcəyinə ümid edirəm".
R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyd edib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.