Müğənni Niyam Salami bir zamanlar dostluq etdiyi Xalq artisti Röya Ayxan və müğənni Rəhim Rəhimli barədə danışıb. Lent.az-ın canlı yayımına qonaq olan ifaçı bildirib ki, bir zamanlar dostluq etdiyi Röya və Rəhim ona baş sağlığı verməyib:
“Anam dünyasını dəyişdi. Anamın yasına kimlər gəldiyini bilmirdim. Onda adamın ağlı başında olmur. Sadəcə olaraq köməkçimdən soruşurdum ki, kim zəng elədi, kim gəldi? Elə köməkçim də məndən soruşdu ki, sənə Röya və Rəhim zəng etdi? Amma gəlmədilər. Yatıb yuxuma da girməzdi ki, belə davransınlar. Mən elə bildim kİ, zəng ediblər. Ürəyləri məndən inciyə bilər. Amma ana-ata itkisi incikliyə baxmır. Onlar gəldi-gəlmədi fərqi yoxdur. Ata-ana getdisə, qayıtmır. Amma o elə şeydir ki, o borcu veməlisən. Toya getməyə də bilərsən. Sənin də atan, anan var, öləndə mən gəlsəm, gəlməsəm də qayıtmayacaqlar. Lazımsız yerlərə, lazımsız toylara getməkdənsə, yas yerinə getməkləri yaxşıdır. Camaatın qan davası olur, amma yasına gedirlər. Məsələn, mən Kərimlə küsülü idim, amma atasının yasına getdim. 20-25 il dostluq etdiyim və digər tanımadığım insanlar anamın yasına gəldi, amma onlar gəlmədi. İndi görün erməni-müsəlman davasından böyük dava olub ki, onlar yasa gəlməyiblər. Amma mən oturub onları da gözləmirdim. Amma sonradan diqqət etdim ki, nə gəldilər, nə də zəng elədilər”.