"Yeşilçam" filmlərində "pis adam" obrazları ilə yadda qalan 69 yaşlı aktyor Nuri Alço özündən 33 yaş kiçik nişanlısı Burcu Sezginoğlu ilə ailə qurub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 11 ildir münasibətdə olan cütlük bu gün Beşiktaşda nikah masasına əyləşib.
Cütlüyün xoş günündə ailəsi və yaxın dostları iştirak edib. Mətbuat nümayənlərinə isə nikahdan görüntülər çəkilməsinə icazə olmayıb.