Nişanı qaytarılan müğənnimiz evlənməyə QIZ AXTARIR: "Belə olsun" - VİDEO
21 may 2020 15:43 (UTC +04:00)

Nişanı qaytarılan müğənnimiz evlənməyə QIZ AXTARIR: "Belə olsun" - VİDEO

Müğənni Talıb Tale nişanının qayıtması xəbərinə münasibət bildirib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, nişanının qayıtmasının əsl səbəbkarı özü olub:

“Ayrılığa səbəb xarakterimizin uyğun olmaması idi. Diqqətsizlikdə ittiham olundum. Ətrafımdakı insanlar da diqqətsiz olduğumu deyir. Niyə diqqətcil deyiləm? Çünki bütün diqqətimi işimə ayırıram. Bəlkə də yaş da öz sözünü deyir. Qarşı tərəfi də qınamıram. Çünki onun tələblərinə cavab verə bilmədim. Hiss etdim ki, bu ailənin gələcəyi olmayacaq, ona görə qarşı tərəfin dediyi ilə də razılaşdım. Ayrılıq qərarını da qarşı tərəf verdi. İlyarım nişanlı qaldıq. Amma buna ilyarımlıq münasibət demək olmazdı. Çünki aylarla münasibətimiz olmurdu. Gözləyirdik ki, bəlkə düzələr, amma düzəlmədi. Sənət adamı ilə ailə qurmaq düzgün deyil.

Talıb bildirib ki, onla ailə quracaq xanımlar bu xüsusiyyətə sahib olmalıdır: “Meyarlarım çoxdur. Adam var ki, evlənmədən öncə tələblərini sayır, amma istəmədiyi adamla evlənir. Sadəcə, xoşum gəlmir ki, qız sosial şəbəkədən aktiv istifadə etsin. Mənimlə evlənəcək qızın geyimi yerində olmalıdır. Səliqəli, təmizkar olsun. Hər sözün xırdalığına getməyi sevmirəm. Qısqanclıq lazımdır, amma onun da həddi var".

İfaçı onu da bildirib ki, şou aləmində olan bir xanımla ailə qurmaz: “Şou-biznesdə olan qızla ailə qurmaram. İndiki düşüncəmə uyğun görmürəm”.

Qeyd edək ki, T.Talenin müsahibəsinin ardına aşağıdakı videoda baxa bilərsiniz:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12199
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07