Tanınmış müğənni Nazənin yardıma ehtiyacı olan ailələrə maddi yardım edəcək.
Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan ifaçı yardım üçün ayırdığı 5 min manatı aparıcı Zaur Baxşəliyevə təqdim edib:
“Mən hər zaman Zaur Baxşəliyevə inanmışam, onun yanında olmuşam. Onsuz da 100 nəfərdən çox adama yardım etmişəm. Amma düşündüm ki, doğulduğum Astara rayonunun insanları məndən inciyəcək. Ona görə də orada ehtiyacı olan ailələrə yardım edilməsini istəyirəm. İndi 5 min manat pul verirəm. Onun 2500 manatı Bakıda, 2500 manatı isə Astarada imkansız ailələrə yardım ediləcək”.
Nazənin bildirib ki, sosial şəbəkədə yardımla bağlı ona çox mesajlar gəlir: “Balalarımızın boğazından kəsib yardım edirik. Bu bizim vicdan borcumuzdur. Mənə sosial şəbəkədə mesaj yazırlar, onlara cavab vermiriksə, söyürlər, qarğış edirlər. Bu çıxdığımız yolda bizi peşman edirsiz. Artıq telefonumu özüm işlətmirəm”.
View this post on Instagram5000 manatlıq yardım.. onlar 100 ailəni sevindirəcəklər @zaur_gunay @faiqofficial Sponsor @damci.az