Müğənni İzzət Bağırzadə səhnə fəaliyyətindən söz açıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Şou ATV”-də bildirib ki, bu günə qədər solo konsert verməyib:
“İndiyənə kimi min solo konsert vermişəm. Bura rayonlarda, Bakıda, uşaq evlərində, həbsxanalardakı çıxışlarım da daxildir. gedirdim, günlərlə evə gəlmirdim. O vaxt mobil telefon da yox idi, valideynlərimin xəbəri olmurdu.
1991-ci ildə efirdəyəm, dayanmadan oxuyuram. Respublikanın elə bir yeri qalmayıb ki, orada çıxış etməyim. "7/17" ərəfəsində AzTV-yə çağırdılar məni. Getdim ki, 700 məktub gəlib. Dedilər, apar evdə oxuyarsan. Konsertlərimdə nə qədər hədiyyələr göndərirdilər. Məktubları bəzəyirdilər, ürək çəkirdilər. Məktubların hərəsini 15-20 dəfə oxumuşam, çox maraqlı gəlirdi".