Meyxanaçı Mehman Əhmədli şou-biznesdə olan bəzi kişi müğənnilərə söz atıb.
Lent.az-ın məlumatına görə, “Show news” verilişinə açıqlama verən söz ustası üzünə kosmetoloji müdaxilə edən kişi müğənnilərin ünvanına bu sözləri deyib:
“Kişilərin özlərinə bəzək verməsinə çox pis baxıram. Mənim aləmimdə elə şeylər qadağandır. Kişi nədir, dodağını şişirtmək nədir? Məsələn, kişinin saçı ağarırsa, rəng qoyursa, buna pis baxmıram. Eləsi də var ki, qulağı çox böyükdür, yığdırır. Buna pis baxmaram. Əyri burnun kəsdirənlərə də pis baxmıram.
Dodaq şişirtmək ayıbdır. Bu qadına yaraşar. Kişi səliqəli olmalıdır. Özünə bəzək vurmaq lazım deyil. Ad çəkmək istəmirəm. Sonra deyərlər ki, kiminsə bostanına daş atırsan. Sadəcə, mən belə şeylərə pis baxıram”.